Marja

MarjaBirja əməliyyatı üzrə təminat qismində marja hesabında deponentləşdirilməli olan müəyyən məbləğdə pul vəsaitidir. Bundan əlavə iqtisadiyyatın müxtəlif sahələrində marja istifadə olunur ki, 

Bank təcrübəsində – cəlb edilən və verilən kreditlər üzrə faiz dərəcələri arasında, müxtəlif kateqoriyalı borcalanların faiz dərəcələri və s. arasındakı fərq.

Ticarət təcrübəsində – əmtəənin alış və satış qiymətləri arasında fərq, fond əməliyyatlarında – əqdin bağlanması və icrası günlərində qiymətli kağızın məzənnələri arasındakı fərq, eləcə də alıcının qiyməti ilə satıcının qiyməti arasındakı fərqdir.

İctimai mənada – satılmış məhsulun və ya kapitalın həcmi ilə mənfəətin faiz nisbətidir.[1]

  1. "Margin is the difference between a product or service's selling price and its cost of production or to the ratio between a company's revenues and expenses. It also refers to the amount of equity contributed by an investor as a percentage of the current market value of securities held in a margin account". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search